CƏBHƏ XƏBƏRLƏRİ

 

 

26 may 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub.
Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

25 may 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber və Noyemberyan rayonunun Dovex kəndlərində yerləşən mövqelərdən Azərbaycan Respublikası Qazax rayonunun Quşçu Ayrım və Kəmərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

24 may 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 18 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Azərbaycan Respublikası Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Ayqedzor kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Göyarx, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

23 may 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 15 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

22 may 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Göyarx, Yarımca, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

21 may 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 29 dəfə pozub.
Ermənistan Respublikası Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun Nəmirli, Xocavənd rayonunun Kuropatkino kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

20 may 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 10 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

19 may 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub.
Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Kəngərli, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

18 may 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 123 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Kəngərli, Novruzlu, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 126 dəfə atəş zərbəsi endirib.

***

17 may 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Barekamavan və Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Qaymaqlı və Quşçu Ayrım kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 125 dəfə atəş zərbəsi endirib.

 





M Ə T B U A T      X İ D M Ə T İ N İ N     M Ə L U M A T L A R I


 

26 may 2016 il
Silahlı Qüvvələrin Baş Qərargah rəisi ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı ilə görüşüb

Mayın 26-da Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə səfərdə olan ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı general-leytenant Frederik Ben Hodcesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb........Davamı



25 may 2016 il
Azərbaycanın Müdafiə nazirinin İspaniyanın xarici işlər üzrə dövlət katibi ilə görüşü keçirilib - ENG - РУС

İspaniya Krallığında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkənin xarici işlər üzrə dövlət katibi İqnasio İbanez Rubio ilə görüşü olub........Davamı





25 may 2016 il
Azərbaycanın Müdafiə nazirinin İspaniya Krallığına rəsmi səfəri davam edir - ENG - РУС

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İspaniya Krallığına rəsmi səfəri çərçivəsində mayın 25-də bu ölkənin Silahlı Qüvvələri tərkibində fəaliyyət göstərən UME birləşməsini və "İndra sistemləri" şirkətini ziyarət edib.
Müdafiə naziri UME-nın fəaliyyətini əks etdirən təqdimatı izləyib və Məlumat Mərkəzi ilə tanış olub........Davamı



25 may 2016 il
Azərbaycan və İspaniya Müdafiə nazirlərinin görüşü olub - ENG - РУС

İspaniya Krallığında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 25-də ispaniyalı həmkarı Pedro Morenes Alvaro de Eulate ilə görüşüb.
İspaniyanın Müdafiə Nazirliyində Azərbaycanın müdafiə nazirinin rəsmi qarşılanma mərasimi keçirilib........Davamı



24 may 2016 il
Azərbaycan Respublikası Müdafiə nazirinin İspaniya Krallığına rəsmi səfəri başlayıb - ENG - РУС

Mayın 24-dən Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin İspaniya Krallığına rəsmi səfəri başlayıb.
Səfər çərçivəsində İspaniyanın müdafiə və xarici işlər nazirləri ilə görüşlərin keçirilməsi, eləcə də hərbi hissə və hərbi sənaye kompleksinə daxil olan şirkətlərin ziyarət olunması nəzərdə tutulur.........Davamı



23 may 2016 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

Mayın 23-dən 26-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) hərbi feldşerlik üzrə mübadilə proqramı, mayın 23-dən 27-dək Ankara şəhərində (Türkiyə Respublikası) strateji kommunikasiya kursu, Riqa şəhərində (Latviya Respublikası) "Hədəflərdən nəticələrə" mövzusunda konfrans, Sarayevo şəhərində (Bosniya və Herseqovina) "REGEX-16" kollektiv regional təliminin 5-ci planlaşdırma görüşü, mayın 23-dən 28-dək Norkfolk şəhərində (ABŞ) NATO Müttəfiq Transformasiya Komandanlığında tərəfdaş ölkələrin hərbi nümayəndələri ilə transformasiya seminarı, mayın 25-dən 26-dək Neapol şəhərində (İtaliya Respublikası) birgə fəaliyyət strategiyası forumu keçirilir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.



21 may 2016 il
Avropa Parlamentinin Polşadan olan üzvü general-leytenant Məmməd bəy Sulkeviçin xatirəsini ehtiramla yad edib - ENG - РУС

Ölkəmizdə səfərdə olan Avropa Parlamentinin müdafiə və təhlükəsizlik alt komitəsinin sədri xanım Anna Fotıqa polşalı həmyerlisi, Azərbaycan Demokratik Respublikası dövründə milli ordu sıralarında xidmət edən, general-leytenant Məmməd bəy (Matsey) Sulkeviçin xatirəsini ehtiramla yad edib..........Davamı



21 may 2016 il
Müdafiə naziri Avropa Parlamentinin müdafiə və təhlükəsizlik alt komitəsinin sədri ilə görüşüb - ENG - РУС

Mayın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin müdafiə və təhlükəsizlik alt komitəsinin sədri, Polşanın sabiq xarici işlər naziri Anna Fotıqa ilə görüşüb.........Davamı



20 may 2016 il
Bir qrup veteran cəbhə bölgəsinə səfər edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, istefada olan general-mayor Dadaş Rzayev və onun müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov cəbhə bölgəsinə səfər edərək şəxsi heyətlə görüşüblər..........Davamı



19 may 2016 il
Ermənilər növbəti dəfə səhvən öz pilotsuz uçan aparatını vurublar

Mayın 19-da saat 13.20 radələrində cəbhənin Ağdam istiqamətində kəşfiyyat xarakterli uçuş aparan Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli PUA erməni bölmələri tərəfindən növbəti dəfə səhvən vurulub..........Davamı



19 may 2016 il
Silahlı Qüvvələrin Hərbi Akademiyasında beynəlxalq elmi konfrans keçirilib - ENG - РУС

NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı" çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyası tərəfindən "Bolonya təhsil sistemi və Fəlsəfə Doktoru proqramının tətbiq edilməsi təşəbbüsünə dəstək" istiqamətində silsilə tədbirlərin keçirilməsi davam etdirilir..........Davamı



19 may 2016 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 19-da Ağdam rayonu Baş Qərvənd kəndinin şimalından keçən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.



19 may 2016 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edir

Mayın 15-dən iyunun 1-dək İzmir şəhərində (Türkiyə) Efes-2016 beynəlxalq təlimi keçirilir.
Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.



18 may 2016 il
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun Mənzil Qərargahında keçirilən görüşlərdə iştirak edib - ENG - РУС

Mayın 18-də Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun Mənzil Qərargahında NATO-nun Hərbi Komitəsinin "Qətiyyətli Dəstək" və "Uyarlılıq Platforması" formatlarında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşlərdə iştirak edib..........Davamı



18 may 2016 il
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində elmi-praktiki seminar keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Silahlı Qüvvələr şəxsi heyətinin və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyətin əhəmiyyəti" mövzusunda elmi-praktiki seminar keçirilib..........Davamı



18 may 2016 il
"İnsan hüquqları" aylığı çərçivəsində Silahlı Qüvvələrdə bir sıra tədbirlər keçirilir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə hər il qeyd olunan 18 iyun - İnsan Hüquqları Günü münasibətilə respublikanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək Azərbaycanda "İnsan hüquqları" aylığı keçirilir..........Davamı