Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

5 May 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 4-də saat 13.35-dən 13.37-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən; 
- saat 13.40-dan 13.45-dək və 23.25-dən 23.40-dək Füzuli rayonunun Horadiz, Qorqan və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 09.50-dən 09.55-dək, 14.50-dən 14.55-dək, mayın 5-də 01.30-dan 01.35-dək və 05.00-dan 05.10-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 01.35-dən 01.40-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 02.45-dən 02.50-dək və 04.00-dan 04.10-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.