Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

31 Mart 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 30-da saat 15.30-dan 15.40-dək və 16.45-dən 16.55-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;
- martın 31-də saat 06.22-dən 06.25-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi;
- saat 05.15-dən 05.50-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 05.15-dən 05.40-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.