"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Мüdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi

GENERAL-MAYOR

MƏMMƏDOV FUAD NADİR OĞLU

MÜDAFİƏ NAZİRİNİN MADDİ-TEXNİKİ TƏMİNAT ÜZRƏ MÜAVİNİ –

MADDİ-TEXNİKİ TƏMİNAT BAŞ İDARƏSİNİN RƏİSİ VƏZİFƏSİNİ İCRA EDƏN

 

General-mayor Fuad Nadir oğlu Məmmədov 31 yanvar 1968-ci ildə Bakı şəhərində anadan oub.

1985-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib.

1990-cı ildə Riqa Ali Hərbi Aviasiya Mühəndislər məktəbini bitirmiş və həmin ildən 1992-ci ilədək Zaqafqaziya Hərbi Dairəsində xidmətini davam etdirmişdir.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrində qrup rəhbəri, eskadrilya komandirinin müavini, baş mühəndis, Hərbi Hava Qüvvələri Komandanının MTT üzrə müavini vəzifələrində xidmət edib.

Xidmətini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb.

20.08.2015-ci il tarixindən Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini icra edir.

Ailəlidir. Üç övladı var.