Please ensure Javascript is enabled for purposes of website accessibility
"The army is a pillar of our country, nation,
state, independence!"
Heydar Aliyev

Frontline news

18 September 1993 00:00

Respublikamızın cənub-qərbində vəziyyət gərgin olaraq qalır. Sentyabrın 17-də saat 21:00-dan başlayaraq Zəngilan rayonunun Kolluqışlaq kəndi Ermənistan ərazisindən, Qubadlı bölgəsinin Muğanlı və Mahrızlı yaşayış məntəqələri isə ermənilər tərəfindən işğal olunmuş Xanlıq kəndi istiqamətindən iriçaplı pulemyotlardan və avtomatlardan atəşə tutulub.
Dünən saat 21:20-dən başlayaraq 40 dəqiqə ərzində Naxçıvan MR-nın Sədərək qəsəbəsi yaxınlığındakı mövqelərimiz Ermənistan ərazisindən yüngül silahlardan atəşə tutulub.
Cəbhənin digər bölgələrində nisbi sakitlikdir.