Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

9 Dekabr 2015 09:00

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 91 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Qızılhacılı kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Şuraabad, Şıxlar, Qaraqaşlı, Mərzili, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 95 dəfə atəş zərbəsi endirib.