AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ
Erməni silahlı bölmələri bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.