Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

9 Noyabr 2014 09:00

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 35 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Hacıalılı, Əlibəyli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Horadiz, Aşağı Əbdürrəhmanlı, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.