AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Baş Qərvənd, Füzuli rayonunun Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili, Xocəvənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.