Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

15 İyul 2014 09:00

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 19 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan və Noyemberyan rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qorqan, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.