AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Şirvanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında, Daşkəsən, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.