Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

18 Noyabr 2013 09:00

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar və Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara və Quşçuayrım kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıl Oba, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.