AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ
Erməni silahlı bölmələri dünən Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.