Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

10 İyul 2013 09:00

Cəbhədə vəziyyət gərginləşib.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen və Noyemberyan rayonunun Berdavan kəndlərində yerləşən mövqelərdən, Qazax rayonunun Kəmərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, Tovuz rayonunun Ağdam və Koxanəbi kəndinlərində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qorqan, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Şıxlar, Kəngərli, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.