AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Şıxlar, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıl Oba Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.