Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

19 İyul 2013 09:00

Cəbhədə vəziyyət gərginləşib.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən, Qazax rayonunun Qızılhacılı və Quşçuayrım kəndinlərində, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Mərzili, Tərtər rayonunun Göyarx, Çaylı, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.