Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

21 Fevral 2013 09:00

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berkaber rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndi yaxınlığında yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Mərzili, Şuraabad, Füzuli rayonunun Horadiz, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.