Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

5 Avqust 2013 09:00

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Aygedzor və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Tərtər rayonunun Qızıl Oba, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.