Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

6 Avqust 2013 09:00

Cəbhədə vəziyyət gərginləşib.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Paravakar, Mosesqex, Aygedzor kəndlərində yerləşən mövqelərdən Qazax və Tovuz rayonlarının ərazisindəki adsız yüksəkliklərdə, həmçinin Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Eyni zamanda Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen və Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qızılhacılı kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Bundan əlavə Tərtər rayonunun Qızıl Oba, Çaylı, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Horadiz, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Şıxlar kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.