"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

17 Yanvar 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 16-da saat 11.10-dan 11.20-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;
- saat 10.30-dan 10.45-dək Tərtər rayonunun Nəmirli kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 09.50-dən 10.20-dək, 11.00-dan 11.15-dək və 19.30-dan 19.35-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 10.30-dan 11.30-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 20.00-dan 20.15-dək və yanvarın 17-də saat 02.00-dan 02.25-dək Füzuli rayonunun Qorqan və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.