"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

11 Yanvar 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 10-da saat 15.10-dan 15.20-dək və 16.05-dən 16.15-dək Ermənistan Respublikasının Berd rayonunun Mososqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi;
- saat 23.25-dən 23.35-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 10.20-dən 10.40-dək, 23.10-dan 23.30-dək və yanvarın 11-də saat 03.00-dan 03.05-dək Tərtər rayonunun Çaylı, Göyarx və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.