AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Erməni silahlı bölmələri dünən və bu gecə cəbhənin bir çox istiqamətlərində atəşkəs rejimini pozublar. Atışmalar əsasən Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şirvanlı, Şıxlar; Xocavənd rayonunun Kuropatkino; Goranboy rayonunun Tapqaraqoyunlu; Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdə qeydə alınıb.
Düşmən cavab atəşi ilə susdurulub.