Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

3 May 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 2-də saat 18.45-dən 18.50-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqeləri; 
- saat 23.15-dən 23.20-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndi yaxınlığında yerləşən mövqeləri;
- saat 18.00-dan 18.10-dək və mayın 3-də 01.10-dan 01.35-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Aşağı Əbdürrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 00.20-dən 00.30-dək və 00.35-dən 01.10-dək Tərtər rayonunun Qızıloba və Göyarx kəndləri yaxınlıgında yerləşən mövqelərdən;
- saat 00.45-dən 00.50-dək və 01.05-dən 01.30-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlıgında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.