Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

10 May 2012 09:00

Cəbhədə vəziyyət gərginləşib.
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 9-dа saat 10.15-dən 10.45-dək, 14.55-dən 15.35-dək, 15.05-dən 15.48-dək və 17.30-dan 18.35-dək intensiv olaraq Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Mososqerx və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Əlibəyli və Qaralar kəndlərində yerləşən mövqeləri; 
- saat 22.30-dan 22.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri; 
- saat 10.30-dan 10.40-dək və mayın 10-da 00.20-dən 00.25-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 00.30-dan 00.35-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 02.00-dan 02.10-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.