Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

16 May 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 15-də saat 21.25-dən 21.35-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqeləri; 
- saat 16.30-dan 16.55-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 22.05-dən 22.15-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 09.55-dən 10.00-dək, 12.55-dən 13.00-dək və mayın 16-da 00.40-dan 00.50-dək Fizuli rayonunun Qaraxanbəyli, Horadiz və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 04.23-dən 04.30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.