Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

17 May 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 16-da saat 21.25-dən 21.45-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqeləri; 
- saat 16.00-dan 16.15-dək, 17.23-dən 17.55-dək və 23.10-dan 23.25-dək Tərtər rayonunun Göyarx və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 13.15-dən 13.20-dək, 13.30-dan 13.40-dək və mayın 17-də 01.40-dan 01.50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 17.00-dan 17.05-dək və mayın 17-də 00.45-dən 00.55-dək Ağdam rayonunun Mərzili və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- mayın 17-də saat 01.40-dan 01.50-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.