Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

19 May 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 18-də saat 23.35-dən 23.38-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində yerləşən mövqeləri;
- saat 12.00-dan 12.20-dək, 13.15-dən 13.35-dək və 21.30-dan 21.50-dək Tərtər rayonunun Çaylı, Qızıloba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 10.35-dən 10.55-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 11.30-dan 11.35-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 12.30-dan 12.45-dək və 12.50-dən 13.00-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 11.30-dan 11.35-dək və mayın 19-da 05.20-dən 05.40-dək Füzuli rayonunun Horadiz və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.