"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

22 May 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 21-də saat 14.20-dən 14.25-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 21.45-dən 21.55-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 23.45-dən 23.50-dək və mayın 22-də 03.10-dan 03.30-dək Ağdam rayonunun Yusifcanlı və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 05.46-dan 06.00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 03.05-dən 03.30-dək Ermənistan Respublikasının Noyanberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.