Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

26 May 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 25-də saat 15.30-dan 15.40-dək və saat 23.00-dan 23.10-dək Füzuli rayonunun Horadiz və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 15.40-dan 15.55-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 23.00-dan 23.10-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- mayın 26-də saat 05.20-dən 05.25-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.