"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

30 May 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 29-da saat 09.20-dən 10.05-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 10.30-dan 10.40-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 11.35-dən 11.50-dək və 13.10-dan 13.15-dək Tərtər rayonunun Göyarx və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 10.00-dan 10.10-dək, 18.10-dan 18.15-dək və 23.50-dən 00.00-dək Füzuli rayonunun Horadiz və Aşağı Veysəlli kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 12.10-dan 12.20-dək və mayın 30-da 02.25-dən 03.05-dək Ağdam rayonunun Şıxlar və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 00.45-dən 01.10-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.