"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

20 İyun 2012 09:00

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Noyenberyan rayonunun Barekamavan, işğal olunmuş Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Göyarx və Qızıloba, Goranboy rayonunun Gülüstan, Füzuli rayonunun Aşağı Veysəlli və Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.