"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

23 İyun 2012 09:00

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan, işğal olunmuş Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan, Tərtər rayonunun Qızıloba, Göyarx kəndləri yaxınlığında və adsız yüksəkliklərdə, Goranboy, Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.