"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

14 Aprel 2012 09:00

Cəbhədə gərginlik davam edir. Ötən gün əksər istiqamətlərdə intensiv atışmalar olub.
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 13-də saat 10.40-dan 10.50-dək Füzuli rayonunun adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 12.25-dən 13.00-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 13.20-dən 13.25-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;
- saat 14.45-dən 14.55-dək Xocavənd rayonunun adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 16.00-dan 16.30-dək Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimizi;
- saat 16.10-dan 16.20-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəllər kəndində yerləşən mövqelərimizi;
- saat 17.25-dən 17.31-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qoşa kəndində yerləşən mövqelərimizi;
- saat 18.35-dən 18.45-dək Ermənistan Respublikasının Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimizi;
- saat 23.55-dən 00.05-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən;
- aprelin 14-də saat 00.05-dən 00.15-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 05.20-dən 05.30-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 05.40-dan 05.45-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.