Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

31 Oktyabr 2016 09:00

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 45 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Quşçu Ayrım kəndində, Berd və Krasnoselsk rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində və Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Cəvahirli, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.