QURBANOV AQİL SƏLİM OĞLU
AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏ NAZİRİNİN
HƏRBİ-TEXNİKİ TƏCHİZAT ÜZRƏ MÜAVİNİ
Qurbanov Aqil Səlim oğlu 15 avqust 1986-cı ildə Bakı şəhərində anadan olub.
2004-2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr təhsili alıb.
2012-2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr təhsili alıb.
2015-2019-cu illərdə "PAŞA Holding” MMC-də investisiyalar üzrə direktor olub.
Daha sonra "Sumqayıt Texnologiyalar Parkı”nın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2022-ci il tarixli Sərəncamı ilə Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsinə təyin olunub.
Ailəlidir. İki övladı var.