"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Təmas xəttində monitorinq keçiriləcək 22 Oktyabr 2012 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 23-də Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kəndinin cənub istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Azərbaycanın müdafiə naziri ABŞ nəqliyyat komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 19 Oktyabr 2012 09:00

Oktyabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının nəqliyyat komandanı general Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Hərbi Dəniz Qüvvələri zabitləri üçün "Strateji qabiliyyət vasitələrinin müdafiəsində dənizdə şəraitə nəzarət amili" mövzusunda təlim kursu başlayıb 17 Oktyabr 2012 09:00

Oktyabr 17-də Azərbaycanda NATO-nun Neapoldakı Hərbi Dəniz Qüvvələri Komponent Komandalığının mobil təlim qrupu tərəfindən Hərbi Dəniz Qüvvələri zabitləri üçün "Strateji qabiliyyət vasitələrinin müdafiəsində dənizdə şəraitə nəzarət amili" mövzusunda təlim kursu başlayıb.

"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI 15 Oktyabr 2012 09:00

Hərbi hava əməliyyatları mövzusunda seminar16-18.10.2012 İzmir, Türkiyə Tərəfdaş ölkələrin qərargah zabitləri üçün NATO ilə tanışlıq kursu22-26.10.2012Brüssel, Mons, Belçika Beynəlxalq Hərbi İdman Şurasının Avropa Konfransı25-29.10.2012Vilnüs, Litva Silahlı Qüvvələrdə NATO günləri 29.10-02.11. 2012 Bakı, Azərbaycan Dil testi seminarı29.10-09.11. 2012 Garmiş, Almaniya.

Monitorinq baş tutdu 10 Oktyabr 2012 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 10-da Azərbaycan Respublikasının Ağdam şəhərinin şərq istiqamətindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Müdafiə naziri Brüsselə gedib 9 Oktyabr 2012 09:00

Oktyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO və Əfqanıstana töhfə verən tərəfdaş ölkələrin müdafiə nazirlərinin növbəti iclasında iştirak etmək üçün Bürüsselə yola düşüb.

Təmas xəttində monitorinq keçiriləcək 9 Oktyabr 2012 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 10-da Azərbaycan Respublikasının Ağdam şəhərinin şərq istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Xorvatiya Respublikasının sabiq prezidenti Azərbaycanın 5 Oktyabr 2012 09:00

Müdafiə Nazirliyində olub Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Xorvatiya Respublikasının sabiq prezidenti Stepan Mesiç oktyabrın 5-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində olub.

Hərbi çağırışçıların Müdafiə Nazirliyinin hərbi hissələrinə bölüşdürülməsi prossesi başa çatıb 5 Oktyabr 2012 09:00

Hərbi çağırışçıların Müdafiə Nazirliyinin hərbi hissələrinə bölüşdürülməsi prossesi başa çatıb.

Müdafiə naziri Cənubi Koreya 3 Oktyabr 2012 09:00

nın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib Oktyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Cənubi Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk İni qəbul edib.