Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan hərbçiləri “Layiqli Tərəfdaş 2018” təlimində iştirak edəcək 30 İyul 2018 18:15

Azərbaycan Ordusunun hərbi qulluqçuları avqustun 1-dən 15-dək Gürcüstanın Vaziani və Norio təlim mərkəzlərində keçiriləcək “Layiqli Tərəfdaş 2018” (Noble Partner 2018) çoxmillətli təlimində iştirak edəcəklər.

Azərbaycanın Müdafiə naziri Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb 30 İyul 2018 16:56

İyulun 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan və Türkiyə HDQ nümayəndə heyətlərinin görüşü keçirilib 30 İyul 2018 13:26

İyulun 30-da Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargahında Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti ilə görüş keçirilib.

Müdafiə naziri Moskvada bir sıra tədbirlərdə iştirak edib - VİDEO 30 İyul 2018 10:45

Moskvaya səfəri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının iştirakçı ölkələrinin nümayiş etdirilən mədəniyyət nümunələri ilə tanış olmaq üçün Alabino poliqonundakı “Dostluq Evi”ndə olub.

Hərbi dənizçilər gəminin davamlılığı üzrə tapşırıqları məşq etdiriblər 29 İyul 2018 18:42

“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinə hazırlıq məqsədilə iştirakçı ölkələrin komandaları gəmi heyətlərinin sağqalma qabiliyyətini məşq etdiriblər.

“Dəniz kuboku - 2018” müsabiqəsinə hazırlıq çərçivəsində hava hədəflərinə atışlar məşq etdirilib 29 İyul 2018 18:15

“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinə hazırlıq çərçivəsində iştirakçı dövlətlərin gəmiləri Xəzər dənizində hazırlanmış təlim-məşq poliqonuna çıxıblar.

Azərbaycan hərbçiləri “Snayper həddi” müsabiqəsinin açılış mərasimində iştirak ediblər - VİDEO 29 İyul 2018 13:16

Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində Belarusun Brest təlim poliqonunda keçirilən “Snayper həddi” müsabiqəsinin təntənəli açılış mərasimində iştirak ediblər.

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsində öz qruplarında birinci olublar 28 İyul 2018 18:15

İyulun 28-də “Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində “Tank biatlonu” müsabiqəsinə start verilib.

“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinin hakimlərinə sertifikatlar təqdim edilib - VİDEO 28 İyul 2018 18:10

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında “Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinin hakimlərinə hakimlik hüququ verən sertifikatlar təqdim edilib.

Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının açılış mərasimində iştirak edib 28 İyul 2018 17:26

Moskva şəhərində səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 28-də Alabino hərbi poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının təntənəli açılış mərasimində iştirak edib.