Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda taqım komandirləri ilə keçirilən komandir hazırlığı məşğələləri yekunlaşıb - VİDEO 19 Avqust 2019 18:25

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən Əlahiddə Ümumqoşun Orduda taqım komandirləri ilə komandir hazırlığı məşğələləri keçirilib.

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb 19 Avqust 2019 12:03

Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb.

Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının bağlanış mərasimində iştirak edib 17 Avqust 2019 21:30

Moskva şəhərində səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 17-də Alabino poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının son günündə “Tank biatlonu” müsabiqəsinin final mərhələsinə çıxmış komandaların mübarizəsini izləyib və qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak edib.

Qazaxıstan hərbi gəmisi Bakı limanını tərk edib - VİDEO 17 Avqust 2019 14:37

“Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsində iştirak etmək üçün ölkəmizdə olan Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Manqistau” raket-artilleriya gəmisi avqustun 17-də Bakı limanını tərk edib.

Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib - VİDEO 16 Avqust 2019 19:10

“Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsində iştirak etmək üçün ölkəmizdə olan Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Mahaçkala” və “Volqodonsk” kiçik artilleriya gəmiləri və İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri avqustun 16-da Bakı limanını tərk edib.

Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib - VİDEO 16 Avqust 2019 16:20

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib.

Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək 16 Avqust 2019 12:53

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 17-də Moskva vilayətinin Alabino hərbi poliqonunda keçiriləcək “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək.

“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz kubok və medalla təltif olunublar - VİDEO 16 Avqust 2019 11:15

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Özbəkistanda keçirilən “Hərbi-tibbi estafet” müsabiqəsinə komanda birinciliyi yarışları ilə yekun vurulub.

“Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız final hazırlıqlarını başa vurublar - VİDEO 15 Avqust 2019 16:09

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində finala vəsiqə qazanan tankçılarımız son hazırlıqlarını başa vurublar.

“Artilleriya atəşinin ustaları” müsabiqəsi başa çatıb - VİDEO 15 Avqust 2019 15:42

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsi başa çatıb.