AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Yuxarı Qarabağın Ağdərə bölgəsində vəziyyət dəyişməyib.
Qazax Səhər saat 8-dən başlayaraq təxminən 2 saat ərzində rayon mərkəzi Ermənistanın İcevan rayonu ərazisindən toplardan, “Qrad” qurğularından və PDM-lərdən intensiv atəşə tutulmuşdur.
Respublikamızın Ermənistanla sərhəd bölgələrində və Qarabağ cəbhəsində vəziyyət gərgin olaraq qalmaqdadır.
Avqustun 10-na keçən gecə Ermənistanla sərhəd bölgələrində Qarabağ cəbhəsində vəziyyət nisbətən sakit olub.
Gədəbəy Avqustun 9-da saat 19:00-dan başlayaraq Mormor, Qaravəllər kəndləri Ermənistanın Krasnoselsk rayonu ərazisindən top və “Qrad” qurğularından atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri Gədəbəy rayonu ərazisində yerləşən Başkəndi düşmənlərdən azad edərkən 3 gün ərzində erməni tərəfinin 2 tankını, 2 “Qrad” qurğusunu, 1 topunu sıradan çıxarmış və 300-dən artıq quldurunu məhv etmişdir.
Gədəbəy Azərbaycan Silahlı Qüvvələri Gədəbəy rayonu ərazisində yerləşən Başkəndi azad edərkən 3 gün ərzində erməni tərəfinin 2 tankını, 2 “Qrad” qurğusunu, 1 topunu sıradan çıxarmış və 300-dən artıq quldurunu məhv etmişdir.
Gədəbəy Mutudərə kəndi düşmənlərdən tam azad edilib.
Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu erməni ekspedisiya korpusunu sıxışdırıb hərbi üstünlüyü öz əllərində saxlayır.
Yuxarı Qarabağın Ağdərə bölgəsində son günlər erməni birləşmələrinin hücumlarının qarşısı tamamilə alınmışdır.