AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
AĞDƏRƏAterk, Zəylik, Zərdəxaç kəndləri ermənilər tərəfindən yenidən işğal olunub.
Son günlər Yuxarı Qarabağın şimal hissəsində düşmən qüvvələri xeyli fəallaşıb.
AĞDƏRƏİyulun 19-da və 20-nə keçən gecə erməni ekspedisiya korpusunun hissələri Ağdərə bölgəsində bütün cəbhə boyu xeyli texnika və canlı qüvvə toplayaraq güclü əks-hücuma keçmişlər.
ZƏNGİLANYuxarı Yeməzli, Seyidlər kəndləri pulemyotlardan və BTR-dən atəşə tutulub.
Yuxarı Qarabağın Ağdərə bölgəsində ermənilər qüvvələrini toplamağa can atırlar.
AĞDAMİyulun 17-də saat 12:00-dan 18:00-a qədər ermənilər Qazançı kəndinə hücuma keçmək istəyiblər.
NAXÇIVANSədərək qəsəbəsi atəşə tutulub.
Son günlər düşmənin informasiya təxribatını genişləndirməsinə cavab olaraq həmvətənlərimizin nəzərinə çatdırırıq ki, təmizlənmiş yaşayış məntəqələrindən heç biri əldən verilməmişdir.
FÜZULİİyulun 17-nə keçən gecə saat 2-dək Füzuli rayonu və orada olan Azərbaycan Ordusunun postları keçmiş Hadrut rayonunun ərazisindən toplardan və “Qrad” tipli qurğulardan atəşə tutulmuşdur.
Azərbaycan Ordusunun sarsıdıcı zərbəsindən çaş-baş qalan erməni silahlı qüvvələri hərbi müvazinatını düzəltməyə can atır.