AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Yuxarı Qarabağ bölgəsində döyüşlər davam edir.
Tərtər İyunun 27-də Qapanlı-Şotlanlı istiqamətində ermənilər hücuma keçmişlər.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Yuxarı Qarabağ torpaqlarının düşmənlərdən azad edilməsi uğrunda döyüş əməliyyatlarını bütün cəbhə boyu genişləndirmişlər.
Ağdam İyunun 26-da saat 20-dən 22-dək ermənilər Kətuk kəndi tərəfdən ordumuzun azad etdiyi Ərənzəmin kəndini PDM və toplardan atəşə tutmuşlar.
Əsgəran və Ağdərə istiqamətində döyüşlər davam edir.
Ermənistan televiziyasının verdiyi məlumata görə:“İyunun 25-də saat 11:00 radələrində Azərbaycan Ordusu bölmələri Leninavandan Çerabert, Karmiravandan isə Kaçavan istiqamətində hərəkət edərək Mardakertə daxil olmağa cəhd göstərmişlər.
Tərtər İyunun 26-na keçən gecə əsgərlərimiz Ağdərə ətrafından geri, Tərtər istiqamətinə tərəf çəkilmişlər.
İyunun 25-dən 26-na keçən gecə Qarabağ bölgəsində vəziyyət xeyli gərginləşmişdir.
Zəngilan İyunun 26-da saat gecə 1 radələrində Seyidlər kəndi Qafan ərazisindən avtomat və pulemyotdan atəşə tutulmuşdur.
Qazax İyunun 24-də saat 13:30-da rayonun Fərəhli, Qızılhacılı və Quşçu Ayrım kəndləri Ermənistan ərazisindən avtomat və pulemyotlardan ara-sıra atəşə tutulub.