Avtomobil texnika və qurğularına baxış-müsabiqəsi keçirilib

Əlahiddə Ümumqoşun Orduda səhra şəraitində əsgərlərin yemək və su tələbatını ödəmək üçün təyin edilmiş arxa təminatı avtomobil texnika və qurğularına baxış-müsabiqəsi keçirilərək qaliblər müəyyənləşdirilib.
Hərbi hissə və bölmələr baxış-müsabiqəsində səyyar soyuducular, səyyar tipli çörək zavodları, su çənləri, səhra mətbəxləri və digər ləvazimatlarla iştirak ediblər.