Xorvatiya Respublikasının sabiq prezidenti Müdafiə Nazirliyində olub

Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Xorvatiya Respublikasının sabiq prezidenti Stepan Mesiç oktyabrın 5-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində olub.
Nazir Səfər Əbiyevlə görüş zamanı ölkələr arasında müxtəlif sahələr üzrə həyata keçirilən geniş əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. General-polkovnik Səfər Əbiyev hörmətli qonağı Ermənistanın təcavüzkar siyasəti nəticəsində regionda yaranmış gərgin hərbi vəziyyətlə tanış edib.
Görüşdə hərbi-texniki əməkdaşlıq məsələlərinə də toxunulub.