Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Fevral 2015 12:00

Xocalı faciəsinin ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib - VİDEO

Xocalı faciəsinin ildönümü ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə və qarnizon (Bakı, Gəncə, Lənkəran və Naxçıvan) zabitlər evlərində anım tədbirləri təşkil olunub.
Bu gün hərbi hissələrin şəxsi heyəti tərəfindən Bakı və digər şəhərlərdə "Xocalı soyqırımı" abidələri ziyarət olunub, ictimai-siyasi hazırlıq dərslərində "26 fevral - Xocalı faciəsi" mövzusunda mühazirələr oxunub, "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində bir sıra silsilə tədbirlər və Xocalı sakinləri ilə görüşlər keçirilib.