Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində silsilə tədbirlər keçiriləcək.
Plana əsasən şəxsi heyət Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edəcək, Ulu Öndərin şərəfli həyat yolu və fəaliyyəti haqqında filmlər təqdim olunacaq, elmi-praktik konfranslar, “dəyirmi masa”lar, iməciliklər və digər mədəni-kütləvi tədbirlər təşkil ediləcək.