Türkiyə Respublikası Hərbi Hava Qüvvələri Komandanı ölkəmizə rəsmi səfərə gələcək


Martın 4-də Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri Komandanı ordu generalı Akın Öztürk Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.
Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır.
Türkiyə Hərbi Hava Qüvvələri Komandanı ordu generalı A.Öztürkün Azərbaycana səfəri martın 6-dək davam edəcək.