Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 10-da Azərbaycan Respublikasının Ağdam şəhərinin şərq istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, şəxsi köməkçi Uilyam Prayor və səhra köməkçisi Xristo Xristov keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in ofisinin əlaqələndiricisi Piter Ki və səhra köməkçisi Jiri Aberle keçirəcəklər.