Təlim zamanı real şəraitdə ərazinin kəşfi aparılıb - VİDEO

Genişmiqyaslı komanda-qərargah təlimlərinin növbəti mərhələsinin tələblərinə uyğun olaraq döyüş tapşırıqlarının dəqiqləşdirilməsi və mövcud döyüş vəziyyətinin qiymətləndirilməsi məqsədilə real şəraitdə  ərazinin kəşfi aparılıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimin senarisinə əsasən vəzifəli şəxslərin məruzələrini dinləyib. Təlimdə iştirak edən qoşunların qəbul olunan qərara uyğun tətbiqi üzrə tapşırıqlar aydınlaşdırılıb.