Təlim zamanı ərazinin kəşfi aparılıb

Genişmiqyaslı təlimlərin planına uyğun olaraq döyüş tapşırıqlarının aydınlaşdırılması və vəziyyətin qiymətləndirilməsi məqsədilə real şəraitdə  ərazinin kəşfi aparılıb.
Təlimlərin cəlb olunan birlik, birləşmə və digər qoşun növlərinin vəzifəli şəxslərinin məruzələri dinlənilib, təlimdə iştirak edən qoşunların qəbul olunan qərara uyğun tətbiqi üzrə tapşırıqlar dəqiqləşdirilib.