Snayper hazırlığı mərkəzi istifadəyə verilib

İyunun 7-də Müdafiə Nazirliyinin rəhbərliyi yeni istifadəyə verilən Snayper hazırlığı Mərkəzində olub.
Mərkəzdə snayperlərin səhra bacarıqlarının təkmilləşdirilməsi məqsədilə real döyüş şəraitinə uyğun lazımi infrastrukturun yaradılması barədə məruzə edilib.
İdarəetmə məntəqəsindən praktiki atış və digər hazırlıq çalışmalarını izləyən Müdafiə naziri snayperlərin döyüş vərdişlərinin artırılması ilə bağlı tapşırıqlar verib.